İranın xarici işlər naziri Abbas Arakçı çinli həmkarı Van Yi lə telefon danışığı zamanı Hörmüz boğazı barədə danışıb. SİA İran mediasına istinadən xəbər verir ki, iranlı nazir bildirib ki, Hörmüz boğazı beynəlxalq naviqasiya üçün açıqdır, lakin bu qayda İranla müharibə vəziyyətində olan ölkələrə şamil deyil.
Nazirin sözlərinə görə, boğazdan keçid təhlükəsizdir və müharibədə iştirak etməyən bütün ölkələrin gəmiləri sərbəst hərəkət edə bilər: “Hörmüz boğazı açıqdır, lakin İranla müharibə vəziyyətində olan dövlətlər bu siyahıya daxil deyil”.
Mətləb