AZ

Antuan Qrizman komandasını dəyişdi

ABŞ-nin MLS təmsilçisi "Orlando Siti" klubu "Atletiko Madrid"in hücumçusu Antuan Qrizmanın transferini elan edib.

Moderator.az xəbər verir ki, bu barədə Orlando klubunun mətbuat xidməti məlumat yayıb.

"Antuanın "Orlando Siti"yə gəlişi təkcə klubumuz üçün deyil, həm də şəhərimiz, azarkeşlərimiz və bütövlükdə liqa üçün əlamətdar hadisədir", - deyə "Orlando Siti"nin sahibi və idarə heyətinin sədri Mark Vilf komandanın rəsmi saytına müsahibəsində bildirib.

Futbolçu ilə bağlanmış müqavilə 2026-cı ilin iyul ayında qüvvəyə minəcək. Razılaşma 2027/2028 mövsümünün sonuna qədər nəzərdə tutulub və müqavilənin daha bir il uzadılması imkanı da var.

Seçilən
19
moderator.az

1Mənbələr