AZ

Dünyanın ən bahalı avtomobili bu ölkədə görüntüləndi

Malayziyada nadir hadisə baş verib – dünyanın ən bahalı yeni avtomobillərindən biri olan Rolls-Royce Droptail ictimaiyyət qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, bu eksklüziv avtomobil Cohor sarayında keçirilən açıq qapı günündə nümayiş etdirilib.

Məlumata görə, dəyəri 100 milyon rinqgitdən (təxminən 30 milyon dollardan çox) olan bu model demək olar ki, heç vaxt açıq şəkildə göstərilmir. Avtomobili şəxsən Cohor sultanı – Sultan İbrahim idarə edib.

Qeyd edək ki, Rolls-Royce Droptail dünyada cəmi 4 ədəd istehsal olunub və hər biri sifariş əsasında, tam fərdi dizaynla hazırlanıb. Avtomobilin həm interyeri, həm də eksteryeri yüksək səviyyədə əl işi ilə hazırlanır və hər detal müştərinin istəklərinə uyğun formalaşdırılır.

Musavat.com

Seçilən
23
1
musavat.com

2Mənbələr