AZ

Ərdoğan Tokayevi təbrik etdi

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.

News365.az xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.

Bildirilib ki, liderlər bir-birlərini Ramazan və Novruz bayramları münasibətilə təbrik ediblər.

Türkiyə lideri Tokayevi ümumxalq referendumunun uğurla keçirilməsi və Qazaxıstanın yeni Konstitusiyasının qəbul olunması münasibətilə təbrik edib, bunun dövlət başçısının müdrik və inamlı siyasəti sayəsində mümkün olduğunu deyib.

Tokayev Türkiyə müşahidəçilərinə referendumun keçirilməsində fəal iştirakına və yardımına görə təşəkkür edərək bildirib ki, bu, iki ölkə arasında münasibətlərin ənənəvi qardaşlıq və dostluq xarakterini əks etdirir.

Ərdoğan mayın 14-də Qazaxıstana planlaşdırılan dövlət səfərinin əhəmiyyətini vurğulayıb. Hər iki lider ikitərəfli strateji tərəfdaşlığı daha da inkişaf etdirmək üçün Astanada keçiriləcək yüksək səviyyəli danışıqların, xüsusən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının və Türk Dövlətləri Təşkilatının (TDƏ) qeyri-rəsmi zirvə görüşünün əhəmiyyətini vurğulayıblar.

Türkiyə Prezidenti öz növbəsində qazaxıstanlı həmkarını apreldə Antalyada keçiriləcək Diplomatik Forumun iclasına dəvət edib. Tokayev dəvəti qəbul edib.

Seçilən
1
1
news365.az

2Mənbələr