“Milan” klubunda çıxış edən yarımmüdafiəçi Luka Modriç karyerasını ölkəsində davam etdirə bilər.
90deqiqe.Az-ın "The Touchline"ya istinadən məlumatına görə, təcrübəli futbolçunun xidmətində “Dinamo Zaqreb” klubu maraqlıdır.
Zaqreb təmsilçisi artıq 40 yaşlı yarımmüdafiəçi ilə əlaqə saxlayıb və onun vətəninə qayıtması məsələsini müzakirə edib.
Modriç yaşına baxmayaraq hələ də ən yüksək səviyyədə çıxış etmək niyyətindədir. “Milan” klubunda isə futbolçunun yeni müqaviləsi üzərində işlər davam edir və rəsmi açıqlamanın gələn ay veriləcəyi gözlənilir.
Qeyd edək ki, Luka Modriç Zaqreb “Dinamo”nun yetirməsidir. O, əsas komandada 118 oyun keçirib, 32 qol vurub və 21 məhsuldar ötürmə edib.
“Milana” keçidindən sonra isə yarımmüdafiəçi 32 oyunda iştirak edib, iki qol vurub və üç məhsuldar ötürmə ilə yadda qalıb.