AZ

"Qalatasaray" Pavloviç üçün yenidən hərəkətə keçir

"Qalatasaray" klubu müdafiə xəttini gücləndirmək üçün keçmiş hədəfinə geri dönüb.

Fanat.Az "Sabah" qəzetinə istinadən xəbər verir ki, "sarı-qırmızılılar" İtaliyanın "Milan" klubunda çıxış edən serbiyalı stoper Strahinya Pavloviçi transfer etmək üçün yayda yenidən cəhd göstərəcək.

İstanbul təmsilçisi ötən transfer pəncərələrində də 24 yaşlı müdafiəçi ilə maraqlansa da, keçid müəyyən səbəblərdən baş tutmamışdı. "Milan"ın heyətində stabil yer tapmaqda çətinlik çəkən Pavloviçin "Qalatasaray"ın təklifinə bu dəfə daha müsbət yanaşacağı ehtimal edilir.

Güclü fiziki göstəriciləri ilə seçilən futbolçunun müdafiənin mərkəzindəki boşluğu dolduracağı gözlənilir. Klub rəhbərliyi yay transfer dövrü başlayar-başlamaz "Milan" ilə rəsmi danışıqlara başlamağı planlaşdırır.

Seçilən
31
1
fanat.az

2Mənbələr