AZ

Kobbi Maynu “Mançester Yunayted”lə müqaviləsini uzatmağa yaxındır

“Mançester Yunayted”in yarımmüdafiəçi Kobbi Maynunun müqaviləsini uzatmağa yaxındır.

İdman.Biz bildirir ki, bu barədə jurnalist və insayder Fabrizio Romano sosial media platforması X-də məlumat verib.

Mənbənin məlumatına görə, “qırmızı şeytanlar” yanvar ayından bəri yarımmüdafiəçi ilə müqavilənin uzadılması üzərində işləyir. Yeni müqavilə 2031-ci ilin yayına qədər davam edəcək. Maynunun məşqçi Maykl Kerrikin rəhbərliyi altında əsas oyunçuya çevrildiyi və onun müqaviləsinin uzadılması klubun prioritetlərindən biri olduğu bildirilir. Tərəflər hələlik tərəfdaşlıqlarının davam etdirilməsinin təfərrüatlarını müzakirə etməyiblər, lakin “Yunayted” danışıqların gözlənilən nəticəsinə nikbin yanaşır.

Maynu bu mövsüm klubun heyətində bütün yarışlarda 24 oyuna çıxıb və üç məhsuldar ötürmə edib.

İdman.Biz
Seçilən
45
idman.biz

1Mənbələr