17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundu çərçivəsində bu gün ilk oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, B liqasının 2-ci qrupunda yer alan Aqil Nəbiyevin komandası Bolqarıstanla qarşılaşıb.
Plovdiv şəhərindəki “Xristo Botev” stadionunda keçirilən matçda hesabı 31-ci dəqiqədə Bolqarıstan yığmasının heyətində Andrey Qrozdanov açsa da, komandamız çox keçmədən tarazlığı bərpa etməyi bacarıb.
39-cu dəqiqədə Əli Bəşirov penaltini dəqiq yerinə yetirərək millimizi məğlubiyyətdən xilas edib.
U-17 qrupdakı digər oyunlarını martın 27-də Litva, martın 30-da isə Malta seçmələrinə qarşı keçirəcək.