AZ

Keti Perridən boşandı, özündən 21 yaş kiçik modellə sevgili oldu (FOTO)

Qaynarinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Məşhur amerikalı aktyor, "Karib dənizinin quldurları” filminin ulduzu Orlando Blum müğənni Keti Perri ilə ayrıldıqdan sonra yeni münasibətə başlayıb.

Qaynarinfo xəbər verir ki, "The Sun” nəşrinin məlumatına görə, aktyor 28 yaşlı isveçrəli model Luiza Lemmel ilə görüşür. Model tanınmış brendlərlə əməkdaşlıq edir və Orlando Blumdan 21 yaş kiçikdir. Cütlük Kaliforniyada keçirilən Super Bowl tədbirində birlikdə görüntülənib. Daha sonra onların İsveçrədə istirahətdə olduqları da bildirilib.

"Orlando və Luiza artıq bir neçə aydır sakit şəkildə görüşürlər. Onlar kiçik bir ailəyə çevriliblər. Orlando Los-Ancelesdə yaşayır, Luiza isə Nyu-Yorkda olduğu üçün daim görüşə bilmirlər. Lakin aralarında real bir bağ var”, deyə mənbələr qeyd edir.

Qeyd edək ki, Orlando Blum 2025-ci ildə Keti Perri ilə doqquz illik münasibətdən sonra ayrılıb. Onların Deyzi adlı beş yaşlı qızları var. Aktyorun həmçinin model Miranda Kerr ilə evliliyindən Flinn adlı 15 yaşlı oğlu da var.

Xatırladaq ki, daha əvvəl Keti Perrinin Kanadanın sabiq baş naziri Castin Trüdo ilə münasibətdə olduğu barədə məlumat yayılmışdı. Bildirilir ki, müğənni yeni seçdiyi şəxslə evlənməyi və ondan uşaq dünyaya gətirməyi planlaşdırır.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
qaynarinfo.az

1Mənbələr