Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qazaxrayonu, Daşsalahlı kəndində açıq ərazidə yanğın baş verməsi barədəməlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, məlumatla əlaqədardərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax RayonYanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində qamışlıq sahədəbaş vermiş yanğın geniş əraziyə yayılmasına imkan verilmədən qısamüddətdə söndürülüb.
Yanğın nəticəsində 2 ha sahədə qamışlıq yanıb.
Ətraf ərazilər yanğından mühafizə olunub.