AZ

"Barselona"nın sol cinah planı: Alexandro Qrimaldo gündəmdədir

İspaniya nəhəngi "Barselona" sol cinah müdafiəsini gücləndirmək üçün transfer siyahısını genişləndirib.

Fanat.Az "Sport" nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu Alexandro Baldenin tez-tez zədələnməsi və Joao Kanselonun müdafiə xarakterli səhvləri səbəbindən "Bayer Leverkuzen"in üzvü Alexandro Qrimaldonu hədəf seçib.

Cari mövsümdə Almaniya klubunda möhtəşəm çıxış edən 29 yaşlı müdafiəçinin müqaviləsi 2027-ci ilə qədər davam etsə də, onun yayda komandadan ayrılmaq istədiyi bildirilir. Qrimaldonun transferinin onun müqaviləsindəki 20 milyon avroluq sərbəstqalma məbləğindən daha ucuz başa gələ biləcəyi iddia olunur.

"Barselona" akademiyasının yetirməsi olan futbolçunun yenidən İspaniyaya qayıtmağa müsbət baxdığı qeyd edilir.

Seçilən
7
1
fanat.az

2Mənbələr