AZ

İran danışıqlar üçün Trampın yaxın adamlarını rədd etdi

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ Prezidenti Donald Tramp Pakistanın vasitəçiliyi ilə İranın müharibəni bitirməyə hazır olub-olmadığını öyrənmək istəyib, lakin sərt cavab alıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Tehran Times” mənbəyə istinadən məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, İran tərəfi ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffu və Trampın kürəkəni, iş adamı Cared Kuşneri danışıqlar aparmaq üçün layiq bilməyib.

Qeyd edək ki, daha əvvəlki danışıqlarda ABŞ tərəfini məhz Uitkoff və Kuşner təmsil edib.

Aysel Əliyeva

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
40
globalinfo.az

1Mənbələr