AZ

Keçmiş direktor müavini vəfat etdi FOTO

Bakivaxti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Lerik rayonunun tanınmış pedaqoqlarından biri, rus dili üzrə müəllim Baxtizina Nadejda Vladimirovna vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, uzun illər təhsil sahəsində çalışan Nadejda Vladimirovna Lerik rayonunun bir neçə ümumtəhsil müəssisəsində pedaqoji fəaliyyət göstərib.

O, həmçinin bir müddət Lerik şəhəri M. Bağışov adına 3 saylı tam orta məktəbdə direktor müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, mərhum Bakı şəhərində dəfn olunub. /Musavat.com

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
6
bakivaxti.az

7Mənbələr