AZ

Qəbələdə dağlıq ərazidə yıxılaraq xəsarət alan 50 yaşlı kişi təxliyə olunub (VİDEO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinəQəbələ rayonunda yerləşən Duruca şəlaləsinin yaxınlığında mürəkkəbrelyefli dağlıq-meşəlik ərazidə bir nəfərin köməksiz vəziyyətdəqalması barədə məlumat daxil olub.

Trend xəbər verir ki, bubarədə FHN Mətbuat xidmətinin məlumatında deyilir.

Məlumatla əlaqədar dərhal FHN-in Şimal-qərb Regional Mərkəzininxilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 1976-cı iltəvəllüdlü İbrahimov Rövşən İbrahim oğlunun dağlıq ərazidəyıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri aldığı və köməksizvəziyyətdə qaldığı müəyyən edilib.

Xilasedicilər köməksiz vəziyyətdə qalan R.İbrahimova yerindəilkin yardım göstərib və çətin keçidli dağlıq ərazi ilə vətəndaşıtəxliyə edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Seçilən
33
21
az.trend.az

10Mənbələr