AZ

Silyanovska-Davkova: Avropa İttifaqına üzvlük Şimali Makedoniyanın strateji hədəfidir

Avropa İttifaqına (Aİ) üzvlük Şimali Makedoniyanın strateji hədəfi olaraq qalır.

AzNews.az xəbər verir ki, bunu Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova bildirib.

Prezident ölkədə funksional, demokratik sistemi tam olaraq Avropa standartlarına uyğunlaşdırmaq səylərində Kopenhagen meyarlarının onlar üçün əsas olduğunu qeyd edib:

"Avropa İttifaqına inteqrasiya prosesi, əsasən, nailiyyətlərə söykənməli, islahatlara və müəyyən edilmiş Avropa meyarlarının yerinə yetirilməsinə əsaslanmalı və ikitərəfli tarixi, mədəni, dil və ya identikliklə bağlı məsələlərlə yüklənməməlidir. Bizim gözləntimiz bütün digər namizəd ölkələrə yönəlik meyarların bərabər şəkildə tətbiq olunması və ikili standartlara yol verilməməsidir".

Seçilən
51
1
aznews.az

2Mənbələr