AZ

“Onlayn yazışmaların izlənməsi barədə xəbər yalandır”

Sosial media və mesajlaşma tətbiqi istifadəçilərinin guya Qazaxıstan Respublikasının Maliyyə Monitorinqi Agentliyi tərəfindən “tam izlənildiyi” ilə bağlı paylaşımlar yayılır.

AZƏRTAC Qazaxıstanın Dezinformasiya ilə Mübarizə Mərkəzinə istinadən xəbər verir ki, Agentliyin təklif etdiyi qaydalar yalnız ictimaiyyətə açıq məlumatların – maliyyə piramida cxemləri, onlayn kazinolar və qanunsuz lotereyaların reklamı ilə bağlı paylaşımların və repostların monitorinqinə şamil edilir. “Yəni, bu qaydalar vətəndaşların şəxsi yazışmalarının monitorinqini nəzərdə tutmur. Şəxsi mesajların “izlənməsi” ilə bağlı iddialar həqiqətə uyğun deyil və manipulyativdir”, – deyə məlumatda bildirilib.

AzPost.az

Seçilən
59
2
azpost.info

3Mənbələr