AZ

SEC rəhbəri Trampa boyun əymədi, istefa verdi

ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) icraçı direktoru Marqaret Rayan istefa verib.

Publika.az ABŞ mediasına istinadən xəbər verir ki, qərara səbəb Donald Tramp administrasiyası ilə bağlı şəxslərə qarşı məhkəmə iddialarında rəhbərliklə yaşadığı münaqişə olub.

Məlumata görə, Rayan kripto sahibkarı Castin San və "Tesla" rəhbəri İlon Maskla bağlı iddialarda fırıldaqçılıq ittihamlarını irəli sürmək istəsə də, SEC sədri Pol Atkins və respublikaçı təyinatlılar ona qarşı çıxıb.

Maskın Ağ Evdə xüsusi məsləhətçi kimi rolu da bu münaqişəni dərinləşdirib.

Seçilən
52
publika.az

1Mənbələr