AZ

“Aprel matçları əsas heyəti müəyyənləşdirəcək” - Yevgeni Kukseviçin İDMAN.BİZ-ə AÇIQLAMASI

Bakıda təlim-məşq toplanışında olan Azərbaycan futzal millisi gələn ay birdən-birə dörd yoldaşlıq oyunu keçirəcək.

Bu görüşlərin məqsədi və hazırlıq prosesi barədə İdman.Biz-ə futzal üzrə milli komandanın baş məşqçisi Yevgeni Kukseviç məlumat verib.

“Aprel beynəlxalq təqvimdə yoldaşlıq oyunlarının keçirildiyi aydır və biz bu vaxtdan maksimum istifadə etməyə qərar verdik. Qısa müddət ərzində, cəmi altı günə komanda dörd oyun keçirəcək: 9 və 11 aprel tarixlərində Tbilisidə Gürcüstan millisi ilə oynayacağıq, 13 və 15 apreldə isə Aktau şəhərində Qazaxıstan yığması ilə qarşılaşacağıq.

Bu oyunlar oktyabrda start götürəcək dünya çempionatının seçmə mərhələsinə hazırlığın mərhələlərindən biri olacaq. Hazırda toplanışda 18 futzalçı iştirak edir, onlardan 15-i səfər matçlarında çıxış edəcək. Bu görüşlər məşqçilər korpusu üçün komandanın əsasını müəyyənləşdirmək və rəsmi seçmə turnir üçün sifariş olunacaq oyunçuların siyahısını tərtib etmək baxımından vacibdir”, - deyə Kukseviç qeyd edib.

İdman.Biz
Seçilən
36
1
idman.biz

2Mənbələr