AZ

Hakimi PSJ dən getmək qərarına gəldi Bu kluba keçmək istəyir

Fanat portalından verilən məlumata əsasən, ain.az bildirir.

PSJ-nin müdafiəçisi Əşrəf Hakimi Fransa nəhəngindən ayrılmaq niyyətindədir.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən jurnalist Ramon Alvares yayıb.

Məlumata görə, 27 yaşlı mərakeşli "Real Madrid"ə keçmək istəyir. Mənbə Hakiminin öz yaxınları ilə bu barədə danışdığını və "kral klubu"nun formasını geyinmək üçün mümkün olan hər şeyi edəcəyini bildirib. 

Hakiminin parislilırlə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun transfer qiymətini 80 milyon avro ilə dəyərləndirir. 

Əşrəf 2015-2018-ci illər aralığında "Real"ın strukturunda olub. O, daha öncə dəfələrlə PSJ-dəki sabiq komanda yoldaşı Kilian Mbappe ilə eyni klubda oynamaq istəyini dilə gətirib.

Toğrul

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
1
fanat.az

2Mənbələr