AZ

Azmun İran millisindən kənarda qaldı

İran futbol millisinin hücumçusu Sərdar Azmun 2026-cı il dünya çempionatı öncəsi yoldaşlıq oyunları üçün heyətə daxil edilməyib.

İdman.Biz bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, bu qərarın səbəbi futbolçunun hökumətə kifayət qədər sadiq olmaması ilə bağlı şübhələrdir.

Bildirilir ki, Azmunun sosial şəbəkədə Məhəmməd bin Rəşid Əl Məktum ilə görüşündən foto paylaşması narazılığa səbəb olub.

Bu hadisə İranla BƏƏ arasında münasibətlərin gərginləşdiyi dövrə təsadüf edib.

Nəticədə futbolçunun millidən kənarda qalmasının məhz bu amillərlə bağlı olduğu qeyd olunur.

İdman.Biz
Məqalədə:
Seçilən
42
1
idman.biz

2Mənbələr