AZ

Samir Abasov onu "silmişdi", Yuri Vernidub həyat verdi

Son 4 oyunda 2 qol, 2 məhsuldar ötürmə.

Bu, "Neftçi"nin yarımmüdafiəçisi Emil Səfərovun statistikasıdır.

Yuri Verniduba qədər ehtiyatda qalırdı.

Samir Abasov bir qayda olaraq ona güvənmirdi.

Ehtiyatda qaldığı üçün futbol ictimaiyyətində başqa klublara üz tutması məsləhət görülürdü.

Başqa dediyin klublar da ya "Şamaxı", ya da "Kəpəz" idi.

Hələ onda demişdim ki, niyə axı?

Bu uşaq istedadlıdır, əcnəbilərdən geri qalmır.

Sadəcə haqqı yeyilir. Təslim olmamalı, mübarizə aparmalıdır.

23 yaşlı futbolçu yaxşı ki, biz dediyimiz yolla davam etdi.

Ukraynalı mütəxəssisə də böyük alqış düşür.

Gəldiyi gündən onun bacarıqlarını qiymətləndirir.

Ona güvənərək.

Bu gün artıq Emil əsas heyət üzvü hesab olunur.

İnkişaf xətti Azərbaycan millisinə də yolunu açıb.

İndi qalır bunun davamını gətirmək.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
33
sportinfo.az

1Mənbələr