AZ

Instagram uzun müddətdir gözlənilən funksiyanı istifadəyə verdi

Olke.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

'Instagram' istifadəçilərin uzun müddətdir gözlədiyi yeni funksiyanı rəsmi şəkildə təqdim edib.

Ölkə.Az xəbər verir ki, artıq bir neçə foto və ya videodan ibarət olan “carousel” paylaşımlar yerləşdirildikdən sonra da redaktə edilə biləcək. Bunun sayəsində istifadəçilər paylaşımın sırasını dəyişmək üçün postu silib yenidən yükləməyə məcbur qalmayacaqlar.

Yeni funksiyadan istifadə etmək üçün paylaşımı açmaq, sağ yuxarı hissədə yerləşən üç nöqtəyə toxunmaq və “Düzəliş et” bölməsini seçmək kifayətdir.

Qeyd edək ki, funksiya mərhələli şəkildə istifadəyə verilir. Bu səbəbdən yenilik hələ bütün istifadəçilər üçün aktiv olmaya bilər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
1
olke.az

2Mənbələr