AZ

İliye: ''Əks hücumlarda türkləri təəccübləndirə bilərik''

George Hacinin ardından Rumıniya futbolunun yetişdirdiyi daha bir önəmli sima - Adrian İliye də qarşıdan gələn Türkiyə - Rumıniya oyunu haqda fikirləri ilə bölüşüb.

"Football-plus.az" xəbər verir ki, martın 26-da DÇ-2026-nın pley-offunda Türkiyə İstanbulda rumınları qəbul edəcək.

1997/98-də ''Qalatasaray''da, 2003/04-ün ikinci dövrəsində ''Beşiktaş''da top qovmuş İliye Rumıniyanın təcrübəli baş məşqçisi Mirça Luçeskuya böyük ümidlər bəslədiyini gizlətməyib:

''Luçeskunun seçəcəyi taktikadan və əvvəlcədən oyunu hiss etmək qabiliyyətindən çox şey asılı olacaq. Türklərin ilk dəqiqədən aramsız hücuma atılıb hər şeyi riskə atacaqlarını düşünmürəm. Bu, heç final da deyil. Onlar da bunun bir yarımfinal matçı olduğunu bilir. Riskə getsələr belə, bunu matçın müəyyən anında edəcəklər. Luçeskunun taktiki cəhətdən komandanı oyuna yaxşı hazırlayacağını düşünürəm. Əks-hücumlarda türkləri təəccübləndirə bilərik. Amma çox çətin olacaq. Türkiyənin önəmli ulduzları var. Üstəlik öz meydanlarında oynayacaqlar. Oyun ''Beşiktaş''ın stadionunda olacaq və orda rəqib üzərində təzyiq qurmağı bacarırlar. Amma dediyim kimi bütün bunlara baxmayaraq Montellanın 1-ci dəqiqədən komandasına yalnız irəli getməyi tapşıracağını düşünmürəm. Hər iki məşqçinin də italyan tərzi var. Matçın gedişində seçəcəkləri strategiya önəmli olacaq. Fikrimcə, hər iki komanda da təmkinli oynayacaq''.
Seçilən
29
1
football-plus.az

2Mənbələr