AZ

Kinoteatrlarda ən çox gəlir əldə edən film hansıdır?

Kinoteatrlarda

Kosmik elmi-fantastik macəra qlobal kassada 140,9 milyon dollar topladıUlusum.az xəbər verir ki, Ryan Gosling-in baş rolunu oynadığı Project Hail Mary qlobal kassada 140,9 milyon dollar gəlir əldə edərək 2026-cı ilin ən uğurlu debütü olub. Film bu göstərici ilə Scream 7-ni geridə qoyub və Amazon MGM Studios üçün ən sürətli açılışlardan birinə çevrilib.Qeyd edək ki, ekran işi Phil Lord və Christopher Miller tərəfindən çəkilib və Andy Weir-in eyniadlı romanı əsasında hazırlanıb. Süjet dünyanı xilas etmək üçün qalaktikalararası missiyaya yollanan bir müəllimin hekayəsindən bəhs edir.Tənqidçilər filmi ümumilikdə müsbət qarşılayıb – bəzi rəylərdə o, əyləncəli və vizual baxımdan təsirli hesab edilsə də, bəziləri onu Interstellar (ulduzlararası) kimi layihələrə bənzərliyinə görə tənqid edib.200 milyon dollarlıq büdcə ilə çəkilən film, pandemiyadan sonra franşiza olmayan layihələr arasında ən böyük uğurlardan biri kimi qiymətləndirilir.R.İkramlıUlusum.az

Diqqət Çəkənlər

Səmaya yüksələnlər VİDEO

Bəzi yollarda duman olacaq - Sürücülərin NƏZƏRİNƏ

Sumqayıtda 40 min abonentin qaz təchizatında fasilə yaranacaq

Seçilən
74
ulusum.az

1Mənbələr