AZ

Əfsanəvi Milan Baroş yenidən yaşıl meydana dönür - 6 il sonra

Əfsanəvi çex hücumçu Milan Baroş özü üçün vida matçı keçirəcək. 

Fanat.Az xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib: 

"İllərdir bu barədə düşünürəm. Butslarımı divardan asdığımdan bəri. O vaxtlar karantin məhdudiyyətləri üzündən istədiyim kimi vidalaşa bilmirdim. Tam dolu stadionun qarşısında vidalaşa bilməmişdim. Amma inanıram ki, bu, indi baş verəcək və hamımız 26 sentyabrda Ostravada görüşəcəyik". 

Milan peşəkar futboldan 2020-ci ilin iyul ayında 38 yaşında təqaüdə çıxıb. Onun son klubu Çexiyanın "Baník Ostrava" klubu olub. Hazırda Baroşun 44 yaşı var. O, "Liverpul", "Olimpik Lion", "Qalatasaray" və bir neçə başqa komandanın şərəfini qoruyub. Milan 2005-ci ildə "Liverpul"la Çempionlar Liqasını qazanıb, həmçinin Avropa Çempionatının ən çox qol vuran oyunçusu və bürünc medalçı olub. O, Çexiya millisində 41 qol vurub.

Seçilən
6
1
fanat.az

2Mənbələr