AZ

Kerri Enn Fleminq vəfat etdi

Yeniavaz saytından verilən məlumata görə, ain.az xəbər verir.

Teatr, kino və televiziya aktrisası Kerri Enn Fleminq vəfat edib.

Yeniavaz.com xəbər verir ki, 51 yaşlı aktrisa fevralın 26-sı Britaniya Kolumbiyasının Sidney şəhərində vəfat edib.

O, son vaxtlar döş xərçəngi ilə mübarizə aparırdı.

Kerri Enn Fleminq 16 avqust 1974-cü ildə Kanadanın Nova Şotlandiya şəhərində anadan olub. Aktrisa “Romeo və Cülyetta”, “Polad Maqnoliya” və digər teatr tamaşalarında rol alıb.

Fleminq 40 layihədə rol alıb. Onun ən məşhur ekran işləri: “Fövqəltəbii”, “The L Word”, “Good Luck Chuck!”, “Alisa möcüzələr diyarında”, “Evlilik”, "iZombie”, “Total recall”, “The real bachelor” və “Supergirl” olub. 

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
1
yeniavaz.com

2Mənbələr