AZ

Sahibə Qafarova Çinə gedib

ain.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Milli Məclisin sədri Sahibə Qafarova Asiya naminə Boao Forumunda iştirak etmək üçün Çinin Boao şəhərinə işgüzar səfərə gəlib.

Modern.az-a bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verib.

Bildirilib ki, Qionghai Boao beynəlxalq hava limanında Milli Məclisin sədrini Hainan Əyalətinin vitse-qubernatoru Yanq Quigianq, Azərbaycanın Çindəki səfiri  Bünyad Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.Səfər çərçivəsində spiker Sahibə Qafarovanın Asiya naminə Boao Forumunun rəsmi açılış mərasimində çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
18
modern.az

10Mənbələr