AZ

Ağciyər xərçənginin əsas səbəbi açıqlandı KONKRET

ain.az bildirir, Konkret.az portalına istinadən.

Siqaret çəkmək yalnız bir vərdiş deyil, həm də sağlamlığa qarşı gizli bir təhlükədir. Hər çəkilən qığılcım orqanizmdə zəhərli maddələrin yayılmasına səbəb olur, ürək-damar xəstəlikləri, xərçəng və tənəffüs problemləri riskini artırır. Hər il milyonlarla insan bu vərdişin fəsadlarından əziyyət çəkir, amma siqaretin zərərləri hələ də cəmiyyət tərəfindən tam dərk edilməyib.

Bu barədə KONKRET.az-a açıqlama verən tibbi ekspert Aydın Əliyev qeyd edib ki, siqaret təkcə insan orqanizminə deyil, həm də ətraf mühitə mənfi təsir göstərir.

Onun sözlərinə görə, siqaret qanın tərkibində dəyişikliklər yaradır:

“Siqaret qanda karbon qazının miqdarını artırır. Bu isə qanın qatılaşmasına səbəb olur. Nəticədə damar axınında problemlər yaranır, orqanların, o cümlədən beynin normal qidalanması pozulur”.

Ekspert xüsusilə ağciyər xərçəngi riskinə diqqət çəkib. O bildirib ki, dünya təcrübəsində bu xəstəliyin əsas səbəbi kimi siqaret göstərilir:

“Ağciyər xərçənginin yaranmasında birinci risk faktoru məhz siqaretdir”.

Aydın Əliyev elektron siqaretlərin də təhlükəsiz olmadığını vurğulayıb. Onun sözlərinə görə, bu məhsulların tərkibinə müxtəlif kimyəvi maddələr əlavə olunur ki, bu da asılılıq yaradır və bəzi hallarda onkoloji xəstəliklərə səbəb olur.

Bununla yanaşı, siqaretin mədə-bağırsaq sisteminə mənfi təsir göstərdiyini deyən ekspert əlavə edib ki, tənəffüs yolları da zədələnir və davamlı öskürək yaranır. O, xüsusilə gənclər arasında siqaret istifadəsinin artmasının narahatlıq doğurduğunu qeyd edərək deyib ki, bu vərdiş sağlamlıq problemlərinə və hətta növbəti nəsillərdə patoloji xəstəliklərin yaranmasına səbəb ola bilər.

Dəniz Pənahova,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
1
konkret.az

2Mənbələr