AZ

Klopp Almaniya millisində?

“Red Bull” futbol şöbəsinin rəhbəri Yurgen Klopp yaxın gələcəkdə məşqçi kimi işləmək planlarının olmadığını açıqlayıb.

Publika.az xəbər verir ki, “Liverpul”, “Borussiya Dortmund” və “Maynts”ın keçmiş baş məşqçisindən gələcəkdə özünü Almaniya millisində görüb-görmədiyi soruşulub.

“Hazırda bu barədə heç düşünmürəm. Növbəti bir neçə ildə nə olacağını kim bilir. Amma bu baxımdan heç bir planım yoxdur”, – Klopp bildirib.

Seçilən
13
publika.az

1Mənbələr