AZ

Azərbaycanlı döyüşçünün rəqibi dəyişdi

Azərbaycanlı MMA döyüşçüsü Asəf Çopurovun “UAE Warriors” turnirində titul müdafiəsi ərəfəsində rəqibi dəyişib.

İdman.Biz xəbər verir ki, əvvəlcə onun Riz Maklarenlə qarşılaşacağı planlaşdırılsa da, sonradan rəqib dəyişdirilib.

Yenilənmiş məlumata əsasən, Çopurovun yeni rəqibi braziliyalı Adriano Ramos olacaq.

“UAE Warriors 69” turniri martın 28-də Əbu-Dabidə yerləşən “ADNEC Centre”də keçiriləcək.

34 yaşlı Ramos “Adrianinho” ləqəbi ilə tanınır və karyerasında 14 qələbə, altı məğlubiyyətə malikdir.

Qeyd edək ki, Yaxın Şərqdəki gərginliyə baxmayaraq, turnirin planlaşdırıldığı tarixdə keçirilməsi gözlənilir və təxirə salınma ilə bağlı rəsmi məlumat yoxdur.

İdman.Biz
Seçilən
25
1
idman.biz

2Mənbələr