AZ

4 min dollara bilet olar? - FİFA-dan şikayət edildi 

style='margin-bottom:10px;'>

Avropanın istehlakçı təşkilatları Euroconsumers və Football Supporters Europe Avropa Komissiyasına şikayət ediblər.

QOL.az xəbər verir ki, bu haqda “Politico” nəşri məlumat yayıb.

Qeyd edilib ki, şikayətdə FİFA 2026-cı il dünya çempionatı üçün bilet satışında inhisarçı mövqedən sui-istifadədə ittiham olunub.

Məlumata görə, şikayətdə qeyd edilib ki, FİFA biletlərin satışına tam nəzarət etdiyindən qiymətləri süni şəkildə artırır, azarkeşlər üçün qeyri-şəffaf şərtlər yaradır. Bildirilir ki, yerlərin bölüşdürülməsində şəffaflıq zəifdir, ucuz biletlərin süni qıtlığı yaradılır.

Təşkilatların iddiasına əsasən, final matçına biletlərin qiyməti 4 min dollardan artıqdır. Bu da bir çox azarkeş üçün oyunlara qatılmağı çətinləşdirir.

Şikayətçilər Avropa Komissiyasını bu məsələyə təcili müdaxilə etməyə, qiymət məhdudiyyətləri tətbiq etməyə və satış prosesində şəffaflığı artırmağa çağırıblar.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.

Seçilən
14
1
teleqraf.com

2Mənbələr