ain.az bildirir, Gununsesi portalına istinadən.
ABŞ və İran arasında gərginlik yenidən dünya gündəminin mərkəzinə qayıdıb. Lakin bu qarşıdurmanı yalnız iki dövlət arasındakı siyasi və hərbi balans mübarizəsi kimi dəyərləndirmək məsələnin mahiyyətini daraltmaq deməkdir.
Regionda baş verən hər bir proses, xüsusilə də İran daxilində yaşayan milyonlarla insanın taleyinə birbaşa təsir göstərir. Bu kontekstdə Güney Azərbaycanda yaşayan soydaşlarımızın dili, kimliyi və hüquqları məsələsi də diqqətdən kənarda qala bilməz.
“ABŞ–İran qarşıdurmasına təkcə geosiyasət kimi yox, həm də 40 milyonluq Güney Azərbaycan türklərinin taleyi prizmasından baxmaq lazımdır. Bu gün məsələ sadəcə Tehranla Vaşinqton arasında deyil. Bu, həm də İran daxilində yaşayan milyonlarla azərbaycanlının gələcəyi, dili, kimliyi və siyasi hüquqları məsələsidir”.
Bu sözləri Gununsesi.info-ya keçmiş MTN polkovniki Cavanşir Vəliyev deyib.
O bildirib ki, Şimali Azərbaycanda isə yanaşma emosional yox, strateji olmalıdır:
Yəni Müharibə heç vaxt xalqlara azadlıq gətirmir, əksinə, xaos və parçalanma yaradır. Xarici güclərin “azadlıq” adı altında regionu yenidən dizayn etməsi tarixdə çox vaxt faciələrlə nəticələnib. Amma eyni zamanda Güney Azərbaycandakı soydaşlarımızın hüquqları da görməzdən gəlinə bilməz.
O, doğru mövqeni bu cür görür:
Doğru mövqe nədir? Müharibəyə qarşı olmaq. İran daxilində yaşayan azərbaycanlıların mədəni və siyasi hüquqlarını müdafiə etmək, böyük güclərin oyununda alətə çevrilməmək, milli maraqları emosiyadan üstün tutmaq. Unutmayaq ki, bizim gücümüz başqalarının planlarında yox, öz milli şüurumuzda və strateji düşüncəmizdədir. Bu məsələni şüarla yox, ağıl ilə dəyərləndirmək lazımdır.
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.