AZ

Misirdə Səməd Vurğunun şeiri səsləndirilib

BAKI,TurkicWorld

Misirin Qahirə Universitetində dahi Azərbaycan şairi Səməd Vurğunun "Azərbaycan" şeiri səsləndirilib.

TurkicWorld-ün məlumatına görə, təşəbbüs Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov tərəfindən həyata keçirilib.

Müxtəlif ölkələrdən, fərqli millət və irqləri təmsil edən tələbələr Azərbaycan dilində şeir ifa ediblər.

Qeyd olunur ki, bu təşəbbüs sosial mediada geniş maraq doğuraraq müsbət qarşılanıb.

Seçilən
32
turkic.world

1Mənbələr