AZ

Süni intellekt dezinformasiyanın yayılmasını asanlaşdırır

Yazını böyüt
Yazını kiçilt

Dezinformasiya süni intellekt alətlərindən istifadə səbəbindən hazırda çox sürətlə yayılır. Bu gün Gürcüstanda, Azərbaycanda, istərsə də başqa yerlərdə dezinformasiya yaymaq istəyən hər bir şəxs bu məqsədlə süni intellekt alətlərindən çox asanlıqla istifadə edə bilir.

Hafta.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində "StrategEast" təşkilatının direktoru Lika Merabişvili söyləyib. Onun sözlərinə görə, bu gün Gürcüstanda bir çox hallarda yaşlı insanların, bəzən isə hətta gənclərin belə dezinformasiyanın qurbanına çevrildiyinin şahidi oluruq.

Bunun əsas səbəbi süni intellektin dezinformasiyanın yaradılmasını və yayılmasını əvvəlkindən daha da asanlaşdırmasıdır.

Ekspert deyib: "Süni intellekt Cənubi Qafqaz regionunda iqtisadiyyatları sürətlə dəyişir. Həm Gürcüstanda, həm də Azərbaycanda müxtəlif sahələrdə süni intellektin tətbiqi hələ ilkin mərhələdədir. Bu sahələrə təhsil, tədqiqat, rəqəmsal hökumət və digər sənaye istiqamətləri daxildir".

L.Merabişvili deyir ki, süni intellektdən istifadə Gürcüstanda müəyyən dəyişikliklərə səbəb olur. Məsələn, təhsil və tədqiqat sahələrində gürcü süni intellekt texnologiyalarından istifadə edilir. Bir çox təhsil müəssisəsi artıq professorların və mütəxəssislərin hazırlanması üçün süni intellektdən istifadə etməyə başlayıb, eyni zamanda, tədqiqatlarda da bu texnologiyadan yararlanır. Bu isə ölkə üçün olduqca vacibdir.

"Bundan əlavə, süni intellekt Gürcüstanın texnologiya ekosisteminin inkişafına da kömək edir. Bir çox startaplar, özəl şirkətlər və texnologiya şirkətləri gündəlik fəaliyyətlərində süni intellekt alətlərindən istifadə edirlər. Digər tərəfdən, dövlət qurumları da öz gündəlik iş proseslərində süni intellekt texnologiyalarını tətbiq etməyə başlayıblar", - deyə ekspert vurğulayıb. O deyib: "Ən vacib məqam isə odur ki, ölkələrin inkişafı böyük əhəmiyyət daşıyır, lakin bu inkişaf yalnız milli səviyyədə deyil, həm də regional və ölkələrarası əməkdaşlıq çərçivəsində həyata keçirildikdə daha uğurlu nəticələr əldə etmək mümkündür".

Seçilən
26
3
hafta.az

4Mənbələr