AZ

"Ermənistanın heç vaxt qonşu ölkələrə qarşı ərazi iddiaları olmamalıdır"

"Ermənistanın heç vaxt qonşu ölkələrə qarşı ərazi iddiaları olmamalıdır".

Redaktor.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

"Biz regionda elə münasibətlər qurmalıyıq ki, heç bir ölkə digərinə hücum etmək barədə düşünməsin. Regionumuzda sülhü təmin etmək və müharibənin qarşısını almaq üçün əlimizdən gələn hər şeyi etməliyik", - deyə o qeyd edib.

Simonyan əlavə edib ki, Ermənistanın yeni konstitusiyasının qəbul edilməsi yalnız ölkənin maraqları ilə şərtlənir: "Mən Ermənistanın maraqları barədə düşünürəm. Ermənistan isə heç kimə ölkəni regionda təhdid hesab etməyə əsas verməyən konstitusiyanın olmasında maraqlıdır".

Seçilən
22
11
redaktor.az

10Mənbələr