AZ

Paşinyandan qalmaqallı müharibə açıqlaması: Simonyan dəstəklədi

“Ermənistanın Baş naziri Nikol Paşinyan hansı halda müharibənin baş verəcəyini proqnozlaşdıra bilər”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

Simonyan qeyd edib ki, siyasətçiləri siyasi təhlil apara bilir və baş nazir müəyyən məlumatlara sahib olduğu üçün proqnoz verə bilər:

“Müxalifətçilər də müharibə olacağını deyirlər, amma bunu baş nazir deyəndə fərqli qəbul olunur. İnsanlar bizə sülhün təmin olunmasına görə təşəkkür edirlər, çünki heç kimin uşağı ölmür, sərhədə getmir. Lakin əvvəllər səfərbərliyə çağırış olanda valideynlər narahat qalırdı. Xalq özü bizə sülh üçün çağırış edir.

Ermənistanın qonşu ölkələrə ərazi iddiası olmamalıdır”./globalinfoaz

Seçilən
60
konkret.az

1Mənbələr