AZ

Lekler xanımı ilə qırmızı xalıda

Olay.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Formula 1” ulduzu Şarl Lekler və həyat yoldaşı Aleksandra Lekler toylarından sonra ilk dəfə qırmızı xalçada görüntüləniblər.

OLAY yazır ki, 28 yaşlı “Formula 1” pilotu Şarl Lekler və 25 yaşlı həyat yoldaşı Aleksandra Lekler Monakoda keçirilən dəbdəbəli toylarından sonra ilk dəfə qırmızı xalçada görünüblər.

Yeni evlənən cütlük “Rose Ball” adlı ənənəvi xeyriyyə gecəsində iştirak edib. Bu tədbir Qreys Kelli adına yaradılmış fonda dəstək məqsədi ilə keçirilir.

Xatırladaq ki, “Formula 1” ulduzu Şarl Lekler və Aleksandra Sent-Mlin toy mərasimi Monakoda sadə və qapalı şəraitdə baş tutub. Yeni evlənənlər mərasimə 1957-ci il istehsalı olan “Ferrari 250 Testa Rossa” ilə gəliblər.

Şarl Lekler öz nəslinin ən istedadlı pilotlarından biri və Ferrari komandasının əsas sürücülərindən hesab olunur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
51
olay.az

1Mənbələr