AZ

Mbappe susqunluğu pozdu Durumu nə yerdədir?

ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.

"Real Madrid"in və Fransa millisinin hücumçusu Kilian Mbappe diz zədəsi ilə bağlı danışıb.

Fanat.Az xəbər verir ki, fransalı hücumçu son zamanlar yayılan şayiələrə baxmayaraq, özünü daha yaxşı hiss etdiyini və tam sağaldığını qeyd edib.

"Lequipe" Mbappenin fikirlərini belə çatdırıb:

"Dizimin vəziyyəti yaxşıdır və sağalma prosesi normal gedir. Çoxlu söhbətlər gördüm, amma əksəriyyəti əsassız idi. Bu, bizim işimizin bir hissəsidir — həmişə çoxlu lazımsız məlumat olur. İndi özümü 100 faiz hazır hiss edirəm".

Futbolçunun 25 fevralda "Benfika" ilə Çempionlar Liqası matçından əvvəl dizində problemlər yaranmışdı. Lakin o, martın 18-də 1/8 finalın "Mançester Siti"yə qarşı ( 2:1 ) ikinci oyununda meydana qayıtdı.

Mbappe qayıdışından bəri iki oyun keçirib və tədricən oyun formasına qayıdır.

Hücumçu hazırda Fransa millisindədir və qarşıdakı oyunlara hazırlaşır: komanda martın 26-da Braziliya, martın 29-da isə Kolumbiya ilə qarşılaşacaq.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
1
fanat.az

2Mənbələr