AZ

1 il ancaq kartof yedi, dəyişimi təəccübləndirir

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Avstraliyalı sosial media fenomeni Endryu Teylorun qida asılılığına qarşı başlatdığı qeyri-adi mübarizə dünya mediasının diqqət mərkəzinə düşüb. Tam bir il boyunca menyusundan kartofdan başqa bütün qidaları çıxaran Teylor bu müddətin sonunda inanılmaz nəticə əldə edib. Cəmi 365 gün ərzində 50 kiloqram çəki atan fenomenin həm fiziki, həm də psixoloji vəziyyəti kökündən dəyişib.Təcrübəyə başladığı vaxt 151 kiloqram olan Teylor, əsasən qaynadılmış kartof və şirin kartofla qidalanıb. Bir ilin tamamında 98 kiloqrama düşən gənc, bu prosesin təkcə artıq çəkidən qurtulmağa deyil, həm də depressiya və təşviş pozuntusunun azalmasına kömək etdiyini bildirib. O, bu radikal addımı qidalarla olan sağlam olmayan bağlılığını qırmaq üçün atdığını deyir.Daimi həkim nəzarəti altında olan və qan analizləri verən Teylor, kartofun tərkibindəki lif, C vitamini və dəmir sayəsində özünü enerjili hiss etdiyini qeyd edib. Lakin ekspertlər bu cür tək tərəfli qidalanmanın riskləri barədə ciddi xəbərdarlıq edirlər. Onların fikrincə, uzun müddət yalnız bir növ tərəvəzlə qidalanmaq orqanizmdə B12, sink və omeqa-3 çatışmazlığına səbəb ola bilər. Bu səbəbdən bənzər pəhrizləri mütəxəssis rəyi olmadan tətbiq etmək sağlamlıq üçün təhlükəlidir.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
46
demokrat.az

1Mənbələr