AZ

Yuventus Barselona dan 50 milyon avro tələb edir

Sportal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Yuventus"un müdafiəçisi Andrea Kambyazo karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Barselona" italiyalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

İspaniya çempionu Kambyazonu yayda transfer etmək istəyir. Turin klubu 26 yaşlı sol cinah müdafiəçisi üçün 50 milyon avro təzminat tələb edir.

Qeyd edək ki, "Yuventus" Andrea Kambyazonu 2022-ci ilin yayında "Cenoa"dan 15 milyon avroya transfer edib. İtaliya millisinin üzvü cari mövsümdə "ağ-qaralar"ın heyətində meydana çıxdığı 39 rəsmi matçda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
3
sportal.az

5Mənbələr