AZ

Türkiyəni vasitəçi kimi görürlər - məntiqsizlikdir…



"Dünən İranınTürkiyəni vurduğunu iddia edirdilər, bu gün TürkiyəniABŞ-laİran arasındavasitəç kimi görürlər"- məntiq yoxdur…

Bu sözləri “Bakı Xəbər” media qrupunun rəhbəri, politoloq Aydın Quliyev özünün sosial media hesabında yazıb. A.Quliyev daha sonra yazır:

- Bir neçə həftədir Tramp və Netanyahu qüvvələri hamınıİranın Türkiyəyə raket zərbələri vurduğuna inandırmağa çalışır. "İran bu məqamda Türkiyəni vürmaqla nə qazanacaqki?!" sualına isə heç bir inandırıcı arqument gətirə bilmirlər.Əksinə, hər ötən gün şübhələr artır ki," Türkiyəyə düşən raketlərdə Trampla Netanyahunun barmağı var"....Bu gün başqa bir şey də ortaya atılıb.Əsasən ABŞ və İsrail mənbələri, İranın təkziblərinə baxmayaraq, Türkiyənin, Pakistanın və Misirinvasitəçiliyi iləABŞ-İran görüşlərinin keçirildiyini iddia edirlər...Hanı məntiq? Dünən İranın Türkiyəyə raket zərbələri vurduğunu iddia edirdilər, bu gün Türkiyəni " İranla ABŞ arasında vasitəçi kimi" guya görmək istəyirlər...
İran bunu qəbul edərmi? Trampla " kəllə- kəlləyə gəlməmək " üçün Türkiyə martın 6-dan özünü İranın onu raketlə vurduğuna inanan kimi aparır və hətta İranı ittiham edir...Türkiyə raket məsələsində bir qədər fərqli tövr göstırmiş olsaydı, İran onun vasitəçiliyinə daha etimadlı yanaşa bilərdi....
İranın vasitəçi məsələsində Pakistana güvənməsi də şübhəlidir... Niyə? Bir fakt...Səudiyyə Ərəbistanı Hörmüz boğazındakı vəziyyətlə əlaqədarİranla müharibə əhvalını açıq ortaya qoyub. Pakistan isə onunla "Qarşılıqlıhərbi müsafiə" sazişinə malikdir...
Misir Trampın Qəzza planlarına, Sülh şurasına ilk dəstəkçi ölkələrdən biridir...İran ona necə güvənsin?..

SAMİRƏ

Seçilən
35
1
baki-xeber.com

2Mənbələr