AZ

SEPAH:  ABŞ və  İsrail enerji obyektlərini vurdu 

Bu gün SEPAH mediası ABŞ və İsrailin İranın enerji obyektlərinə zərbələr endirdiyini açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, hücumlar İsfahan və Xorrəmşəhr şəhərlərində yerləşən obyektləri hədəf alıb. Xüsusilə Xorrəmşəhrdə elektrik stansiyasına dəyən zərbə nəticəsində qaz boru kəmərləri zədələnib və şəhərdə elektrik verilişi tamamilə kəsilib.

SEPAH bəyanatında bildirib ki, bu hücumlara cavab olaraq İran İsraildə və Fars körfəzi regionunda yerləşən elektrik stansiyalarını hədəf almağı planlaşdırır.

Qisas tədbirlərinin vaxtı və detalları açıqlanmayıb.

Seçilən
21
veteninfo.az

1Mənbələr