AZ

Ermənistan siyasəti iki gündəmlə üz üzədir: sülh və müharibə KONKRET

Konkret.az saytından alınan məlumata görə, ain.az bildirir.

Bu gün Ermənistanın siyasi mənzərəsi iki gündəmlə üzləşir: sülh və müharibə.

KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərlə söhbətində deyib.

“Biri qonşulara qarşı müəyyən tələblərlə, digəri isə regionda sülhün bərqərar olması ilə bağlıdır. Söhbət Nikol Paşinyandan yox, gündəmdən, siyasi baxışdan, siyasi mövqedən gedir. Əgər bunu şəxsən Nikol Paşinyana yönəltsəniz, qoy elə olsun və biz Nikol Paşinyanı sülhün simvolu hesab edəcəyik. Mən buna qətiyyən qarşı deyiləm”, – Simonyan bildirib.

Paşinyanın müharibə üçün konkret bir tarix – sentyabr ayını qeyd etməsi ilə bağlı sualı cavablandıran Simonyan vurğulayıb ki, siyasətçilər də siyasi təhlil apara bilərlər:

“Ermənistan Respublikasının aparıcı siyasi fiqurlarından biri kimi baş nazirin də bunu etmək hüququ var və bu, qiymətləndirmədir. Yeri gəlmişkən, müxalifət nümayəndələri də oxşar məsələləri qaldırıblar, həmişə bir ayın adını çəkirlər. Niyə təəccüblənirsiniz? Bunda qəribə nə var?”

Qeyd edək ki, Nikol Paşinyan Mülki müqavilə Partiyasının iyunda keçirilən seçkilərdə məğlub olacağı halda sentyabrda müharibə başlayacağını bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
1
konkret.az

2Mənbələr