AZ

Mahsun Kırmızıgüldən Özcan Denizə DƏSTƏK: “Çox incitdilər, mən də bunun fərqindəyəm”

ain.az, Lent az portalına istinadən məlumat verir.

Bayram zamanı Mahsun Kırmızıgül və Özcan Deniz səhnədə olublar. 

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Kırmızıgül Şişlidəki Günayda, Özcan Dəniz isə Kiprdəki Les Ambassadeurs otelində səhnəyə çıxıb. Ailə problemlərini arxada qoyan Dənizin əhvalı çox yaxşı görünüb.

Mahsun Kırmızıgül yaxın dostu Özcan Denizə dəstək verib və ailəsi ilə yaşadığı problemlərdən danışıb:

"Mən onun bütün ailəsini tanıyıram. Onların barışmasını istəyirəm. Belə şeylər bəzən olur. Özcan ağıllı adamdır, işini bilir. Ona çox zərər verdilər, mən də bunu bilirəm".

Mahsun Kırmızıgül deyib ki, o, bugünkü vəziyyətinə çatmaq üçün çox mübarizə aparıb. “Bir insanın anası, atası... Bu, sülh yolu ilə həll olunacaq, məsələ belədir".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
1
lent.az

2Mənbələr