AZ

Braziliya millisinin sabiq hücumçusu karyerasını başa vurdu

Braziliyalı hücumçu Vaqner Lav karyerasını ilə bağlı yekun qərarını verib.

Sportal.az xəbər verir ki, təcrübəli forvard peşəkar karyerasını başa vurub. Bu barədə futbolçu özünün sosial şəbəkə hesabında paylaşım edib.

Lav 41 yaşında peşəkar futbolla vidalaşıb. Braziliya millisinin sabiq üzvü karyerası ərzində birgə çalışdığı hər kəsə təşəkkürünü bildirib.

Qeyd edək ki, Vaqner Lav "Palmeyras", ÇSKA (Moskva), "Flamenqo", "Lunenq", "Korintians", "Monako", "Alanyaspor", "Beşiktaş", "Kayrat", "Midyullan", "Sport Resife", "Atletiko Qoiyaniense" və "Retro"da çıxış edib. Təcrübəli forvard Braziliya yığmasının heyətində meydana çıxdığı 20 rəsmi matçda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Seçilən
34
3
sportal.az

4Mənbələr