AZ

Prodüserin vəsiyyəti açıqlandı - "Məni mərasimsiz dəfn edin"

Prodüser Erol Kösenin İstanbulun Sarıyer rayonunda 16-cı mərtəbədən düşərək həyatını itirməsindən sonra onun vəsiyyəti də ortaya çıxıb.


Manset.az-ın məlumatına görə, Köse geridə qoyduğu məktubunda vəsiyyətini də yazıb. Məşhur prodüser vəsiyyətində belə qeyd edib: “Məni vaxt namazından sonra mərasimsiz şəkildə dəfn edin. Cənazəmi də Polat Yağcıya əmanət edin.”

Erol Kösenin dəfn proqramı da müəyyənləşib. Kösenin cənazəsi bu gün Zincirlikuyu məscidində qılınacaq cənazə namazının ardından Feriköy qəbiristanlığında torpağa tapşırılacaq.

Seçilən
25
1
manset.az

2Mənbələr