AZ

“Neftçi”ni Çempionlar Liqasında dayandıran hücumçu karyerasını başa vurdu - VİDEO

Braziliya millisinin futbolçusu olmuş Vaqner Lav peşəkar karyerasını başa vurduğunu açıqlayıb.

İdman.Biz xəbər verir ki, futbolçu bu barədə özünün “Instagram” hesabında məlumat verib.

41 yaşlı futbolçu qərarını sosial şəbəkə hesabında paylaşdığı video vasitəsilə ictimaiyyətə çatdırıb.

Посмотреть эту публикацию в Instagram

Məlumat üçün əlavə edək ki, Vaqner Lavı Avropa futboluna tanıdan onun Rusiyanın MOİK klubunun heyətində ilk qolunu Bakının “Neftçi” klubuna vurması olub. Bu, 2004-cü ilin avqustun 4-də Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Moskvada “Dinamo”nun stadionunda 0:2 hesabı ilə uduzduğumuz cavab oyunudur. Həmin görüşdə “hərbçilər”in heyətində debüt edən Lav 72-ci dəqiqədə Hüseyn Məhəmmədovun qapısından top keçirərək, son nöqtəni qoyub.

İdman.Biz
Məqalədə:
Seçilən
6
idman.biz

1Mənbələr