Ağ Evin mətbuat katibi Karolin Livit bildirib ki, ABŞ-İran münaqişəsinin həlli ilə bağlı danışıqlar ətrafında mövcud mövqe dəyişkəndir.
Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
“Bunlar həssas diplomatik müzakirələrdir və ABŞ mətbuat vasitəsilə danışıqlar aparmayacaq. Bu, dəyişkən bir vəziyyətdir və görüşlər barədə fərziyyələr Ağ Ev tərəfindən rəsmi olaraq elan edilənə qədər qəti hesab edilməməlidir”, - deyə o, “ABC News”a bildirib.
Aminə ŞAHSUVARQIZI