AZ

Türkiyə İranla bağlı danışıqlara vasitəçilik edə bilər - KİV

Bakı. Trend:

ABŞ və İran arasında mümkün danışıqlar, Tehran tərəfinə təqdimedilmiş təklif əsasında, Türkiyə və digər dövlətlərin vasitəçiliyiilə keçirilə bilər.

Trend xəbər verirki, bu barədə “Al-Monitor” portalı türk mənbələrinə istinadənməlumat yayıb.

Məlumata görə, danışıqlar təklifi İran rəhbərliyinə məhz türkvasitəçilər vasitəsilə çatdırılıb. Əgər dialoq baş tutarsa, oradaTürkiyə nümayəndələrinin də iştirakı nəzərdə tutulur.

Portalın mənbəsinin bildirdiyinə əsasən, ABŞ tərəfinidanışıqlarda Amerika təklifinə uyğun olaraq vitse-prezident Cey DiVens təmsil etməlidir. İran tərəfdən isə Vaşinqton parlamentin(Məclisin) sədri Məhəmməd Baqer Qalibafın iştirakını gözləyir.

Daha əvvəl İsrailin 12-ci kanalı yəhudi dövlətinin bir rəsmisinəistinadən bildirmişdi ki, ABŞ və İran nümayəndələri arasında görüşbu həftənin sonu İslamabadda baş tuta bilər. Telekanal dadanışıqlarda Vens və Qalibafın iştirak edə biləcəyini qeydedib.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlıdanışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldanetibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Bunacavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-ninregion ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücumedib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali LideriAyətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilərölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə AyətullahSeyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü AliLideri seçib.

İrana hərbi hava hücumları nəticəsində İran Ordusunun BaşQərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İslam İnqilabıKeşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, AliLiderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiənaziri Əziz Nəsirzadə, kəşfiyyat naziri İsmayıl Xətib, Ali MilliTəhlükəsizlik Şurasının katibi Əli Laricani, Bəsic Təşkilatınınkomandiri Qulamreza Süleymani və başqaları hərbi hava hücumlarızamanı ölüblər.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək YaxınŞərqin müxtəlif ölkələrini əhatə edib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyəçağırıb.

Məqalədə:
Seçilən
42
1
az.trend.az

10Mənbələr