AZ

İtaliya Azərbaycan iqtisadiyyatına investisiyalarını artırıb

2025-ci ildə İtaliyanın Azərbaycana birbaşa investisiyalarının həcmi 21,956 milyon ABŞ dolları təşkil edib. Oxuməni.az xəbər verir ki, “Trend”-in Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu göstərici 2024-cü illə müqayisədə 15,1 milyon dollar və ya 3,2 dəfə artıb.

Məlumatlara əsasən, hesabat ilində İtaliyadan olan investisiyaların Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmindəki payı 0,3% təşkil edib.

Öz növbəsində, 2025-ci il ərzində Azərbaycan İtaliya iqtisadiyyatına 125,1 milyon dollar investisiya yatırıb ki, bu da əvvəlki ilin göstəricisi ilə müqayisədə 52,7 milyon dollar və ya 1,7 dəfə çoxdur.

Azərbaycandan İtaliyaya investisiyaların birbaşa xarici investisiyaların ümumi həcmindəki xüsusi çəkisi 4,9% təşkil edib.

2024-cü ildə İtaliyadan Azərbaycana birbaşa investisiyaların ümumi həcmi 6,8 milyon dollar, əks istiqamətdə isə 72,4 milyon dollar təşkil edib.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 6,595 milyard ABŞ dollarını ötüb. Bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 450,9 milyon ABŞ dolları və ya 6,4% azdır.

Eyni zamanda, hesabat dövründə Azərbaycandan xarici iqtisadiyyatlara yönəldilən birbaşa xarici investisiyaların həcmi 2,528 milyard ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin göstəricisi ilə müqayisədə 765,4 milyon ABŞ dolları və ya 43,4% çoxdur.

Oxuməni.az

Seçilən
18
3
oxumeni.az

10Mənbələr